Bakıda pedofil məşqçi SAXLANILDI

    3

    Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

    Hurriyyet.org-un məlumatına görə, bu barədə Oxu.Az Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir.

    Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

    Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.

    Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.

    Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.