Bakıda “parkovşik”in bu hərəkəti aləmi bir-birinə vurdu – VİDEO

    6

    Paytaxtda qanunsuz parklanma xidməti ilə məşğul olan şəxsin görüntüsü kameraya düşüb.

    Hurriyyet.org "avtosfer.az"a istinadən xəbər verir ki, həmin şəxs martın 3-də ona etibar edilmiş "BMW" markalı avtomobili yolun ortasında park edərək çıxıb gedir.

    Görüntü Xaqani bağının yanında qeydə alınıb.

    Həmin ərazidə parklanma qaydası pozulduğu üçün uzun tıxac yaranır.

    Sürücülərə öncə tövsiyə edirik ki, avtomobillərini qadağan olunmamış yerdə park etsinlər və daha sonra tanımadıqları şəxslərə avtomobillərini etibar etməsinlər.