Bakıda Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçirilib

    24

    Bakıda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş beynəlxalq idman turniri keçirilib.
    Hurriyyet.org
    xəbər verir ki, idman tədbirində Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri, idmançılar Araz Məmmədov və Samir Abdullayev iştirak edib. “Rusiya Azərbaycanlıları İttifaqı” adından rinqə çıxan hər iki idmançımız qarşılaşmanı elə birinci raundda qələbə ilə sona yetirib.
    Qeyd edək ki, “Rusiya Azərbaycanlıları İttifaqı” onlarla soydaşımızın məşğul olduğu "TT Russia Fight Club"a dəstək verir.