Bakıda məktəbli qız itkin düşdü

    18

    Bakıda məktəbli itkin düşüb.

    Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. 7-ci mikrorayon sakini Suraya Məmmədova polisə ərizə ilə müraciət edərək 15 yaşlı qızının Z.B (ad şərtidir) sentyabrın 21-də məktəbə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

    Daxil olan məlumat əsasında araşdırmalara başlanıb./apa/