Bakıda məcburi köçkün özünü borudan asdı

    15

    Bakıda intihar olub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında qeydə alınıb. Orada məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün, 1983-cü il təvəllüdlü Pərviz Fikrət oğlu Həsənov sanatoriyanın damındakı borudan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.