Bakıda marşrut avtobusu qəza törətdi – Xəsarət alan var – FOTO

    24

    Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib. 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 Dövlət Nömrə Nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Qeyd edilib ki, agentlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

    Hazırda hadisə ilə bağlı araşdırma aparılır.