Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

    27

    Paytaxda dünəndən başlayan güclü külək altı ağaca ziyan vurub.

    Hurriyyet.org xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, külək nəticəsində iki ağac maşınların üstünə düşüb:

    “İki ağac kökündən çıxıb. Dörd ağacın isə budağı sınıb. Ümumilikdə, külək altı ağaca ziyan vurub”.

    Orxan Məmmədov hadisələrin paytaxtın Yasamal, Nəsimi və Nizami rayonlarında baş verdiyini qeyd edib.