Bakıda küçədən qadın meyiti tapıldı

    30

    Bakıda küçədən meyit tapılıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayonun Ramana qəsəbəsinin "Südçülük sovxozu" adlanan ərazisində təxminən 40-50 yaşlarında olan qadın meyiti tapılıb.

    Meyitin ilkin müayinəsi zamanı naməlum qadının bədənin ümumi soyuması nəticəsində öldüyü məlum olub.

    Faktla bağlı araşdırma aparılır.