Bakıda KÜTLƏVİ DAVA: iki nəfər bıçaqlandı

    18

    Bakıda kütləvi dava olub.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.

    Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.

    Hər iki şəhər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.