Bakıda kişi spirtli içkidən zəhərlənib öldü

    12

    Bakıda naməlum kişi meyiti tapılıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.

    Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.

    Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.