Bakıda kafedə PARTLAYIŞ – ÖLƏNLƏR VAR – YENİLƏNİB

    3

    Bakıda kafedə baş verən partlayışın ilkin səbəbi açıqlanıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, ilkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.      

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir. 

    Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir. 

    ***

    Bakıda kafedə partlayış nəticəsində iki nəfər ölüb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, ölən şəxslərin meyitləri tanınmaz haldadır.

    Xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.

    ***

    Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

    Hazırda yaralılar “Təcili yardım”la xəstəxanaya aparılır.