Bakıda itkin düşən şəxs Türkiyədə tapıldı

    27

    Bakıda itkin düşən şəxs tapılıb.

    Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini 34 yaşlı Orxan Əliyev ötən il dekabrın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə yanvarın 1-də polisə məlumat daxil olub.

    Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının intensiv müvafiq tədbirləri nəticəsində Orxan Əliyevin Türkiyəyə getdiyi müəyyən edilib.