Bakıda intihara cəhd – ÖZÜNÜ BIÇAQLADI

    9

    Paytaxtın Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Əcəmi Naxçıvani küçəsi, 27 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Xəlilov Taleh Arif oğlu bıçaqla qarın nahiyəsinə zərbə endirib.

    Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhdin səbəblərini araşdırır.