Bakıda internat məktəbində İYRƏNC OLAY: 16 yaşlı qız zorlandı

    15

    Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, paytaxt sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində 16 yaşlı qızı – N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.

    Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.