Bakıda itkin düşən 20 yaşlı qız tapıldı – Rəfiqəsigildə imiş… – YENİLƏNİB

    15

    Bakıda itkin düşən 20 yaşlı qız tapılıb. 

    Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib.

    O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb.

    ***

    Bakıda 20 yaşlı qız itkin düşüb.

    Hurriyyet.org xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

    Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır./trend/