Bakıda generatorların satışı artdı – VİDEOREPORTAJ

    39

    İyulun 3-də, gecə və gündüz saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yaranan problem səbəbindən Bakının və eləcə də ölkə ərazisinin enerji təchizatında problem yaranıb.

    Nəticədə fərdi vətəndaşlarla bərabər bir sıra şirkətlər, generator sistemi olmayan iri mağazalar problemlə üz-üzə qaldılar. Əməkdaşımız öyrəndi ki, hadisə generator satanların işinə müsbət təsir göstərib.

    Olduğumuz mağazalarda müştəri sıxlığı müşahidə etdik. Satıcılar da təsdiqlədilər ki, son iki gündə müştərilərinin sayı xeyli artıb./musavat.com/

    Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz.