Bakıda gənc qız çay evinə getdi – YOXA ÇIXDI

    9

    Bakıda gənc qız itkin düşüb.

    Bu barədə Nərimanov rayon Polis İdarəsindən prokurorluğa məlumat daxil olub. Bakı şəhər sakini Mətanət Ağayeva Nərimanov RPİ-nin 17-ci polis bölməsinə ərizə ilə müraciət edərək bacısının itkin düşdüyünü bildirib. O, ərizəsində qeyd edib ki, 1987-ci il təvəllüdlü bacısı Ağayeva Fidan Natiq qızı Nərimanov rayonu, F.X. Xoyski küçəsində yerləşən çay evinə getmək adı ilə, Əmircan qəsəbəsindəki evlərindən çıxaraq geri qayıtmayıb.

    Faktla bağlı Nərimanov RPİ-nin 17-ci bölməsi tərəfindən araşdırmalar aparılır./unikal.org/