Bakıda gəlinlə baldız arasında DAVA – 3 nəfər xəsarət aldı

    30

    Bakıda ailədaxili mübahisə davaya çevrilib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

    Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Təhməzova Renera Nazim qızı Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 84-ə qardaşının evinə qonaq gəlib. O, həmin evdə yaşayan qardaşının həyat yoldaşı, Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Kazımova Anna Stanislavovna ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə onlar bir-birini döyərək xəsarət yetiriblər. Hadisə nəticəsində Anna Kazımovanın oğlu, 2008-ci il təvəllüdlü Kazımov Denis Telman oğlu da xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.