Bakıda fəhlə faciəli şəkildə öldü

    9

    Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə fevralın 22-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

    Belə ki, qara metal qırıntıları qəbulu məntəqəsində fəhlə işləyən 1977-ci il təvəllüdlü Zaur Səlimov avtomobillərə yük yükləyən zaman 1973-cü il təvəllüdlü Eldar Nəcəfovun idarə etdiyi “KamAZ-55111” markalı yük maşınının altında qalaraq ölüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.