Xəzər rayonunda yanğın baş verib.
Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə qeydə alınıb. Nəticədə ev tamamilə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.