Bakıda ermənipərəst “haqqinaz” saytının rəhbəri saxlanıldı

    3

    Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan Bəhruz İmanqulu oğlu Əliyevi həbs edib. Hurriyyet.org bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından virtualaz.org-a məlum olub.

    Məlumata görə Bəhruz Əliyev “Neytral İnformasiya Agentliyi” (NİA) təsis edib, orada sifarişli materiallar dərc olunub. Sonra Bəhruz Əliyev müxtəlif məmurları və biznesmenləri barələrində ləkələyici məlumatlar yaymaqla hədələyərək onlardan iri məbləğlərdə pul alıb.

    Araşdırma zamanı məlum olub ki, Bəhruz Əliyev habelə haqqinaz.org adlı feyk internet resursunun sahibidir. Həmin resursda Azərbaycanda və xaricdə populyar olan haqqin.az informasiya-analitik portalının dizaynı və domen adı “kopyalanıb”.