Bakıda ər hamilə arvadını döyüb xəstəxanalıq etdi

    12

    Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb.

    1991-ci il təvəllüdlü Qurban Qurbanov ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nərmin Xanməmmədovaya ağır xəsarət yetirib.

    Qadın aldığı xəsarətlərlə təcili xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı arşdırma aparılır.