Bakıda ər arvadını ölümcül bıçaqladı

    39

    Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

    Paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 141-də yaşayan 1984-cü il təvəllüdlü Əliyev Ağalar Əliyar oğlu yaşadığı evdə qızqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızını boyun və bel nayihəsindən bıçaqlayıb.

    Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.