Bakı şəhər Qala-Pirallahı yolunda daha bir ağır qəza baş verib.
Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, dünən həmin yolda “VAZ 21099” markalı avtomobil 25 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dekabrın 2-nə keçən gecə həmin yolda – “Zirə Bio Market”in qarşısında “Chevrolet Aveo” markalı avtomobil yük maşınına çırpılmış, nəticədə 4 gənc oğlan vəfat etmişdi.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.