Bakıda uşağı ilə intihara cəhd edən qadın xilas edildi – FOTOLAR – YENİLƏNİB

    30

    "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpünün üstünə çıxaraq övladıyla birlikdə intihar etməyə çalışan qadın fikrindən daşındırılıb. 

    Hurriyyet.org-un məlumatına görə, FHN əməkdaşları qadınla söhbət etdikdən sonra onu intihar etməkdən vaz keçiriblər. Qadın və övladı körpüdən aşağı endirilib.

    ****

    Bakıda qadın uşağı ilə birlikdə intihara cəhd edir.

    Hurriyyet.org xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, o, intihar etmək məqsədi ilə "Koroğlu" metrostansiyası yaxınlığındakı körpünün üstünə çıxıb.

    Qadını fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

    Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri gəlib.