Bakıda dəhşətli intihar: ÖZÜNÜ BİNADAN ATDI

    3

    Bu gün səhər saat 05 radələrində Bakı şəhərinin Xətai rayonunda intihar hadisəsi baş verib.

    Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsi 101 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Zagirbekov Samir Tahiroviç özünü çoxmərtəbəli binadan atıb. O, hadisə yerindəcə keçinib.

    Bildirilir ki, S.Zagirbekov subay olub. Hadisə vaxtı onun ailə üzvləri evdə yatmış olublar.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.