Bakıda dayanacaq uçdu – FOTOLAR

    6

    Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək səbəbindən dayanacaq uçub.

    Hurriyyet.org xəbər verir ki, mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, digər ərazilərdə bu cür hal qeydə alınmayıb:

    “Sözügedən ərazidə də bununla bağlı xəsarət alan olmayıb. Bakı Nəqliyyat Agentliyinin texniki heyəti hadisə yerinə cəlb olunacaq və dayanacaq qısa müddət ərzində düzəldiləcək”.

    Qeyd edək ki, sözügedən ərazidə biri köhnə olmaqla ard-arda iki dayanacaq var və küləyin təsiri ilə arxadakı dayanacaq da yararsız vəziyyətə düşüb. Çox maraqlıdır ki, köhnə dayanacaq sökülmədən yenisini quraşdırıblar. Hazırda isə ikisi də bərbad vəziyyətdədir.