Bakıda daha bir xəyanət faciəsi – Arvadını başqası ilə tutdu, bıçaqlandı

    27

    Bakıda 21 yaşlı oğlan bıçaqlanıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb.

    Müəyyən edilib ki, onu bıçaqlayan həmyerlisi 1992-ci il təvəllüdlü Seyran Əliyev C. Əhmədovun həyat yoldaşı ilə qeyri rəsmi münasibətdə olub.

    Belə ki, S. Əliyev qadınla onların evində görüşən zaman C. Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava-dalaş olub. S. Əliyev masanın üzərindəki bıçağı götürərək C. Əhmədovu bıçaqlayıb.

    Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

    Hadisəni törədən S. Əliyev polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.