Bakıda cinayətkar qrupun qadın üzvü tutuldu

    6

    Bakıda mənzildən oğurluq edən qrupun daha bir üzvü tutulub.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 30000 ABŞ dolları və 100000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini Familə Vəliyeva saxlanılıb.