Bakıda cərimə meydançasında YANĞIN: 50-yə yaxın avtomobil kül oldu – FOTOLAR – YENİLƏNİB

    12

    Fövqəladə Hallar Nazirliyi Bakıda cərimə meydançasında baş vermiş yanğınla bağlı məlumat yayıb. 

    Hurriyyet.org nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Əlavə məlumat veriləcək.

    ***

    Bakının  Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.

    Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. Yanğın hələ də davam edir.

    Yanğın hələ də davam edir. Yanan maşınlar arasında “BMW”, “Niva” və Vaz 2106-07 də var. Çoxu istifadəyə yararsızdır.

    Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb./qafqazinfo/