Bakıda böyrək çatışmazlığından əziyyət çəkən şəxs intihar etdi

    9

    Bakıda intihar hadisəsi baş verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

    Belə ki, həmin qəsəbədə yaşayan 1952-ci il təvəllüdlü Feyruz Babayev yaşadığı evdə qolunun damarlarını kəsərək intihar edib.

    O, böyrək çatışmazlığından əziyyət çəkirmiş və dializ qəbul edirmiş.

    Faktla bağlı araşdırma aparılır.