Bakıda Belarus vətəndaşı arvadını qətlə yetirdi

9

Bakıda qətl hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı, 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.

Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.