Bakıda azyaşlı 8 ədəd maqnit uddu – FOTO

    54

    Bakıda daha bir uşaq maqnit udub.

    Hurriyyet.org xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

    Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb. 

    Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

    Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu./report/