Bakıda avtobusda sərnişin mədəniyyətsizliyi – VİDEO

    9

    Ötən gün axşam saatlarında Bakıda 57 saylı avtobusda sərnişinlər arasında mübahisə düşüb.

    Hurriyyet.org “Xəbər” TV-yə istinadən məlumatına görə, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında avtobusa iki nəfər 35-40 yaşlı sərxoş kişi minib.

    Onlar əvvəlcə sürücü ilə, daha sonra isə sərnişinlərlə mübahisə ediblər.

    Sərnişinlərin sərt reaksiyasını görən içkili şəxslər Ukrayna dairəsinin yaxınlığında avtobusdan düşüblər. Bu zaman onlardan biri qadın sərnişinə qarşı nalayiq ifadələr işlədib.