Bakıda avtobus piyadanı belə vurdu – VİDEO

    6

    Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntüləri yayılıb.

    Hurriyyet.org bildirir ki, “Baku Bus”dan verilən məlumata görə, qəzanın səbəbi piyadanın avtobus yoluna çıxmasıdır.

    “Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. “BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar”.

    Mayın 22-də Bakı şəhəri, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntüləri təqdim edirik: