Bakıda arvadını bıçaqlayan alimə HÖKM OXUNDU

    12

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hurriyyet.org xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Qədirovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub və o, 1 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boynundan bıçaqlayıb.

    Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

    Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Qədirova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    A.Qədirov Azərbaycan Dovlət Pedagoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidir, dosentdir. O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.