Bakıda ana iki uşağı ilə birlikdə itkin düşdü

    12

    Bakıda ana iki uşağı ilə birlikdə yoxa çıxıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Binəqədi rayon sakini Mahir Qamboyev rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1986-cı il təvəllüdlü Həlimə Qamboyeva, övladları – 2007-ci il təvəllüdlü Günay və 2010-cu il təvəllüdlü Yusiflə birlikdə evdən çıxıb geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.