Bakıda ağır qəza: Ölən və yaralanan var

    3

    Bakının Xətai rayonunda yol qəzası baş verib.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

    Belə ki, mayın 25-də Bakı şəhər sakini Günay İsmayılova idarə etdiyi “Hyundai” markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurub. Nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.