Bakıda ağır qəza – 2 NƏFƏR ÖLDÜ

    42

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, martın 31-i saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.

    Nəticədə avtomobildəki sərnişinlər – qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.