Bakıda ağac maşının üzərinə düşdü

    33

    Bakıda güclü külək nəticəsində ağac avtomobilin üzərinə düşüb.

    Hadisə “Nizami” metrosunun yaxınlığında baş verib.

    Belə ki, külək nəticəsində ağac parklanmada olan “Hyundai Sonata” markalı 10 CH 244 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşüb.

    Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

    Araşdırma aparılır./report/