Bakıda 83 yaşlı kişi arvadını bıçaqladı

12

Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Qızıl Şərq küçəsində qeydə alınıb.

Şəhər sakini, 1937-cü il təvəllüdlü H. Hacıyev həyat yoldaşı, 1945-ci il təvəllüdlü S. Hacıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən H. Hacıyev saxlanılıb, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.