Bakıda 71 yaşlı qadın dəm qazından boğulub öldü

    33

    Bakıda evdə meyit tapılıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayon sakini, 1949-cu il təvəllüdlü Əliyeva Fatmaxanım İsgəndər qızının meyiti yaşadığı evin hamamında tapılıb.

    Meyitin ilkin müayinəsi zamanı onun dəm qazından öldüyü məlum olub.

    Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.