Bakıda 49 yaşlı qadın evində öldürüldü

    18

    Bakıda qətl törədilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 2, mənzil 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1970-ci il təvəllüdlü Maya Kərimova evində öldürülüb.

    Hadisənin motivi hələlik məlum deyil.

    Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.