Bakıda 3 avtomobil toqquşdu – ÖLƏNLƏR VAR

    3

    Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

    TƏBİB-dən verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

    Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.