Bakıda 34 yaşlı kişi hamamda dəm qazından boğuldu

    12

    Bakı sakini dəm qazından boğularaq ölüb.

    Hurriyyet.orgTrend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

    Rayonun V.Əliyev küçəsi 156 ünvanında yaşayan, 1984-cü il təvəllüdlü Eyyubov Vurğun Mərfət oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.