Bakıda 33 yaşlı qadın dəm qazından boğuldu

    27

    Bakıda ölüm hadisəsi baş verib. 

    Hurriyyet.org apa-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. 

    Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub. 

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.