Bakıda 26 yaşlı qadın nədən ölüb? – TƏBİB açıqlama yaydı

9

Bakıda 26 yaşlı qadının koronavirusdan ölməsi ilə bağlı yayılan xəbərlərə rəsmi reaksiya verilib.

Hurriyyet.org xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumata görə, həmin qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb: “Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq”.