Bakıda 19 yaşlı oğlan bıçaqlanıb.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospekti 32 ünvanında qeydə alınıb.
Şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma başlanılıb.