Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi – 42 ünvanında qeydə alınıb.
Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib.
Faktla bağlı araşıdrma aparılır.