Bakıda 12 yaşlı yeniyetmə suda boğuldu – VİDEO

    9

    Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

    Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

    Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

    Faktla bağlı araşdırma aparılır.